Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

23 iyun 2022 | 15:38

Dövlət Qulluqçularının Peşə Bayramı Günü Yasamal Rayon İcra Hakimiyyətində təntənəli şəkildə qeyd olunub.Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova  dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv idarəetmə strukturunun yaradılması məqsədilə böyük işlər görülüb. Elşad Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kəlamını xatırlatdı və hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində bu prinsipi rəhbər tutmalı olduğunu vurğuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Zöhrab Cəfərovu təbrik etdi və ona uğurlar arzuladı. Öz növbəsində Zöhrab Cəfərov əməyinə verilən böyük qiymətə görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını qeyd etdi.

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olundular.

Keçidlər