Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-da “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda konfrans keçirilir

10 may 2022 | 14:46

Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda Respublika elmi konfransı keçirilir.

Öncə konfrans iştirakçıları BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqının xoşbəxt gələcəyinə, ölkəsinin tərəqqisi, dövlətinin möhkəmlənməsi və rifahına həsr edib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  Azərbaycanın ən mürəkkəb dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək xilaskarlıq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirdi. Ulu Öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir” kəlamı xatırladıldı. 20-ci əsrin sonununda Azərbaycan müstəqilliyini iknci dəfə qazandı, lakin onun qorunması üçün ölkə böyük sınaqlardan keçdi. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsidə Azərbaycan müstəqilliyini qorudu və möhkəmləndirdi.

Milli Məclisin Komitə sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov Ümummilli liderin hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyəti barədə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu öndərin adı ilə bağlıdır.

Tədbirdə millət vəkilləri, ziyalılar və elm xadimləri çıxış edərək Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz rolu barədə fikir və xatirələri ilə bölüşdülər.Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Keçidlər