Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Texniki Universitetində Məzun Günü keçirilib

24 iyun 2022 | 14:55

Azərbaycan Texniki Universitetində Məzun Günü keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliynin, YAP Yasamal rayon təşkilatının rəhbər şəxsləri, millət vəkilləri, AzTU-nun İctimai şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Məzun Günü torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-da bir il ərzində görülən işlər və həyata keçirilən yeniliklərlə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Məzunları təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev onlara gələcək həyatlarında uğurlar və bol şans arzulayıb. Rektor bildirib ki, bu il universiteti  bakalavriat səviyyəsində 1508, magistratura səviyyəsində isə 536 tələbə bitirir. Bakalavrlardan 25, magistrlardan isə 168 nəfər fərqlənmə diplomuna layiq görülüb.

Tədbirdə iştirak edən  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da məzunları təbrik edib, onlara uğurlar arzuladı. Elşad Həsənov qeyd etdi ki,  AzTU-nun məzunları ölkəmizin və dünyanın bir sıra ölkələrində müxtəlif sahələrdə böyük xidmətlər göstərirlər. Onlar böyük idarə və müəssisələrə uğurla rəhbərlik edirlər. Bildirildi ki, Məzun gününü qeyd edərkən biz hökmən şəhidlərimizi də xatırlamalıyıq. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Zəfərin qazanılmasında gənclərin, o cümlədn AzTU-nun məzunlarının rolu danılmazdır. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində AzTU-nun məzunları şəhid olublar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov dövlət gənclər siyasətinə görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını bildirdi.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Muxtar Məmmədov da məzunları təbrik edib, onlara uğurlar arzuladı.

Daha sonra AzTU-nu fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olundu.Məzun Günü konsert proqramı ilə davam etdi.

Keçidlər