Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhid hərbiçilərimiz yad edilib

14 mart 2022 | 11:00

Bu gün Yasamal rayonu 286 nömrəli tam orta məktəbdə Azərbaycan silahlı qüvvələrinin şəhid hərbi qulluqçularının anım mərasimi keçirilib.Məktəbin həyətində  vətən uğrunda şəhid olmuş beş hərbçimizin xatirəsinə barelyefin açılışı olub. Ucaldılmış barelyef üzərində şəhid Elşən Müslümov, Feyruz Hacılı,Nurlan Mustafayev,Şahin Ağayev və Mirzə Novruzovun  adları əks olunub.  Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, şəhidlərin döyüş yoldaşları, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak etdilər. Daha sonra anım mərasimi məktəbin akt zalında davam etdi.Tədbirdə çıxış edən natiqlər şəhidlik zirvəsinə ucalan şəhid hərbi qulluqçularımızın fədakarlığından və döyüş yolundan söhbət açdılar.Bildirildi ki, yad edilən şəhid hərbi qulluqçularımızdan dördü  Vətən müharibəsində, digəri isə Aprel döyüşlərində həlak olub.Çıxış edənlər şəhidlərimizin həyat yolundan danışdılar, onları yeni nəsil üçün parlaq vətənpərvərlik örnəyi adlandırdılar.Sonda orta məktəbin şagirdlərdən ibarət yaradıcı heyət şəhidlərə həsr edilmiş bədii kompozisiya nümayiş etdirdi.

Keçidlər