Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayevin anadan olması münasibətilə tədbir

30 avqust 2013 | 10:00

Yasamal rayon İcra Hakimiyyəti və ANS teleradio şirkəti tərəfindən Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayevin anadan olması münasibətilə Yasamal istirahət parkında Azərbaycanın incəsənət xadimlərinin iştirakı ilə tədbir keçirildi. Bu barədə Yasamal rayon İcra Hakimiyyətinin göstərişi  ilə rayon sakinlərinin məlumatlandırılması, eləcə də, ANS televiziya verilişlərində anonsların verilməsi nəticəsində konsertə xeyli rayon sakini iştirak etdi.

Konsertdə Azərbaycanın tanınmış müğənniləri iştirakı Yasamal istirahət  parkında istirahət edən  və əylənən  sakinlərin alqışları ilə müşaiət olundu.

Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin, rayonun hüquq-inzibati orqanlarının, idarə, müəssisə və  təşkilatların, həmçinin, ANS teleradio şirkətinin rəhbərləri də iştirak etdilər.

Keçidlər