Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May-Respublika Günü”nə həsr olunmuş bayram tədbiri

25 may 2013 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “28 May-Respublika Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının, Dövlət Statistika Komitəsinin, Bakı Dövlət Universitetinin, Yasamal rayon MKS-nin əməkdaşaları, rayonun ümumtəhsil məktəblərinin direktor və müəllimləri, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbələri və digər qonaqlar iştirak edirdilər.

Qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsini yad etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı çıxış edən  Əlamdar Şahverdiyev, Malik Heydərov, Vaqif Məmmədov  95 il bundan əvvəl-1918-ci ildə yaranmış,  müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı siyasi şəraitdən, Azərbaycan Demokratik Respublikasının  gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsindən ,Müstəqil Azərbaycan Cümhuriyyətinin  qısa ömründə əldə etdiyi böyük nailiyyətlər və qalibiyyətlərdən söz açdılar. Həmçinin vurğulandı ki, Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrilmiş, Sovetlər Birliyi  Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmiş və  yalnız 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir.  Azərbaycan xalqı əldə etdiyi dövlət müstəqilliyi, inkişafı və tərəqqisi üçün bir mənalı olaraq öz böyük oğlu, Ümummilli liderimiz, müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevə minnətdardır, onun dühasına,onun iradəsinə dövlətçilik və milli birlik uğrunda ardıcıl, yorulmaz və qalibiyyətli mübarizəsinə borcludur.

95 il bundan əvvəl Şərqdə yaradılmış ilk Demokratik Cumhuriyyətin tarixindən bəhs edən film nümayiş olundu.

Tədbirdə Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin V sinif şagirdi Elyar Əliyevin ifasında Müslüm Maqomayevin    “Azərbaycan” , 3-cü sinif şagirdi Fərid Məmmədovun tarda  ifasında “Oxu tar”, məktəbin şagirdi Ülkər Orucovanın ifasında  “Yaşa Azərbaycan”  mahnıları səsləndi. K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinin “Gitaraçalanlar ansamblı”nın ifasında “Azərbaycanım” mahnısı, “Təbəssüm” uşaq rəqs ansamblının ifasında “Odlar yurdu” rəqsi izlənildi. 286 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Səbinə İsmayılova Cəfər Cabbarlının “Azərbaycan bayrağına”, Məmməd Arazın  “Azərbaycan-dünyam mənim” şeirlərini ifa etdi.

Mərkəzin foyesində təşkil olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi və kompazisiyaya baxış keçirildi.

Keçidlər