Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin kollektivi qanvermə aksiyasına qoşuldu

21 aprel 2020 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətinin kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla İcra Hakimiyyəti Aparatının onlarla əməkdaşı bu nəcib aksiyada iştirak etdi.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin kollektivi  Bakıdakı Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutuna gələrək növbə ilə qan verdilər.

İnstitutun həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirdi.

Keçidlər