Şriftin ölçüsü :

Saytın rəngi :

GÜL BAYRAMI

04 may 2013 | 10:00

Yasamal rayonunda ulu öndər, dahı şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş GÜL BAYRAMI keçirildi.

Rayon icra hakimiyyətində Gül bayramı ilə bağlı tədbirləri planı hazirlanmışdır. Təntənəli bayramda rayonun 25 məktəb, 29 bağçasının şagird və balaca fidanları iştrak edirdilər.

Gül bayramında rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkilləri, ziyalılar hər bir məktəb və bağçada hazırlanan kompozisiyaları nəzərdən keçiird və bayrama yüksək hazırlıq görüldüyünə görə müəllimlərə minnətdarlıqlarını bildirirdilər.

Parkda məktəblilər tərəfindən zövqlə hazırlanmış güllər,ulu öndərimiz,dahı şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş rəsm əsərləri diqqəti cəlb edir, insanlarda xoş ovqat yaradırdı.

Gül bayramına görülən hazırlıq işləri hamıda xoş ovqat yaratdı. Bayramda 500-yə yaxın əl işləri və güldən hazıtlanan  kompozisiyalar nümayış etdirilirdi. 20   nömrəli məktəbin IV sinif şagirdi Fidan Hüseynova bayramda bahar qiz kimi iştrak edirdi. Onun əynindəki  dona “ minə yaxin güldən istifadə  olunmuşdur və çəkisi 12 kiloqramdır. Bayramında “Qız qalası” , “Buxta”  rəsm əsərləri zövqlə hazırlanmışdı.

Millət vəkilləri, ziyalılar və qonaqlar rayondakı Gül bayramında nümayış etdirilən kompozisiyaya və ulu öndərimiz Heydər Əliyevlə bağlı belə bir yüksək tədbirin keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevə dərin minnətdarlıqlarını bildirdilər.

Ümumiyyəylə məktəblilərin incə əlləri, dərin təfəkkürləri, fitri istedadları ilə al-əlvan güllərdən hazırlanmış əl işləri, rəsm əsərləri uzun müddət xatirələrdən  silinməyəcəkdir.

Gül bayramında rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək vurğuladı ki, bugünkü bayram  dahi  şəxsiyyət , ürəklərdə işıq heykəlinə çevrilən  Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. Heydər Əliyev ömrü bir qəhramanlıq dastanı, müstəqillik himni, insanlığa xidmət nümunəsidir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin  təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və təhsilin, elmin , mədəniyyətin  inkişafi Heydər Əliyevin adi ilə bağlıdır.

Güı bayramında incəsənət ustaları maraqlı proqramla cıxış etdilər.

Keçidlər