Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

31 mart 2013 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin akt zalında 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbiri Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev açaraq bildirdi ki, ermənilər tərəfindən tarix boyu xalqımıza qarşı törədilmiş bu cinayətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığıfərmanda tam dolğunluğu ilə öz əksinin tapmış və bununla da Azərbaycanlıların soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaratmışdır. Tarix boyu təcavüzkar siyasət yeridən “bıyük ermənistan” xsından əl çəkməyən ermənilər xalqımızın zaman-zaman soyqırıma məruz qoymuş, havadarlarının dəstəyi ilə əzəli torpağından çıxarmağa çalışmışlar. 1918-ci ilin mart ayının 30-dan aprel ayının 1-dək Bakı şəhərində 10 mindən çox soydaşımızın vəhşicəsinə qətlə yetirmişlər. Erməni millətçiləri keçən əsrin müxtəlif mərhələlərində – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü llərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin faciəli səhifələri unudulmamalı, tarixi həqiqətlər gənc nəsillərə çatdırılmalıdır.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yaqub Mahmudov məruzə ilə çıxış etmişdir. Bildirdi ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdikləri genişmiqyaslı soyqırım hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan öz el-obasından didərgin düşmüşdür.
Son illər Azərbaycan hökumətinin və ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində çox saylı addımlar atıldığını vurğuladı. Söylədi ki, bu istiqamətdə bir sıra irəliləyişlər əldə olunsa da dünya ictimaiyyətinin məvcud reallığı qəbul etməsi üçün hələ çox işlər görülməlidir. Diqqətə çatdırıldı ki, yaxın keçmişdə dünyanın gözü qarşısında Xocalıda dinc sakinlərin amansızlıqla qətlə yetirilməsi bədnam qonşularımızın məkrli siyasətinin tərkib hissəsidir.
Sonda soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş sənədi film nümayiş olundu.

Keçidlər