Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri

29 mart 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti, İ. Əbilov adına Mədəniyyət  Mərkəzi  və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, Qarabağ döyüşçüləri, “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyinin, “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyinin, “Son söz” qəzetinin, “Azad qələm” qəzetinin, Azərbaycan Yazıçılar Birliyinin, Yasamal  rayon   MKS-nin, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin nümayəndələri, tələbə və   məktəblilər iştirak edirdilər.
Qonaqlar öz çıxışları zamanı əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, törətdikləri vəhşilikərdən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdılar.   Millətin başına gətirilən müsibətlərin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyi və bu istiqamətdə hökümətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıldı.
Tədbirin sonunda  İ. Əbilov Mədəniyyət  Mərkəzinin “Vurğun” poeziya teatrının ifasında bədii kompazisiya təqdim olundu.
Tədbir zamanı 31 mart soyqırımından və Qarabağ savaşından bəhs edən slayd və filmlər,  Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri vəhşilikləri özündə əks etdirən foto sərgi nümayiş olundu.

Keçidlər