Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Ağsaqqallar Şurasının 2009-cu ildən - 2013-cü ilin fevral ayına kimi gördüyü işlər haqqında VIII hesabat seçki konfransı keçirilmişdir

08 fevral 2013 | 11:00

Yasamal rayon Ağsaqqallar Şurasının 2009-cu ildən - 2013-cü ilin fevral ayına kimi gördüyü işlər haqqında VIII hesabat seçki konfransı keçirildi. Konfransı rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev giriş sözü ilə açdı.
Konfransda rayon Ağsaqqallar Şurasının sədr müavini Cabir Kazımovun hesabatı dinlənildi. Daha sonra AMEA-nın müxbir üzvü Kərim Kərimov, BDU-nun Ağsaqqallar Şurasının sədri professor Abuzər Xələfov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ağsaqqallar Şurasının sədri Telman Babayev, BDU-nun kafedra müdiri dosent Əyyub Əzizov və Respublika Ağsaqqallar Şurasının nümayəndəsi Cahangir Qocayev çıxış etdilər.
Konfransda rayon Ağsaqqallar Şurasının yeni tərkibi və AMEA-nın müxbir üzvü Kərim Kərimov Yasamal rayon Ağsaqqallar Şurasının sədri seçildi. Eyni zamanda Respublika Ağsaqqallar Şurasının növbəti Qurultayına beş nəfər nümayəndə seçildi.
Qeyd olundu ki, Ağsaqqallar Şurasının rəyasət heyəti, daimi komissiyayaları hesabat dövründə prezident İlham Əliyevin siyasi xəttinin həyata keçirilməsində, ağsaqqalların maddi, mənəvi və hüquqi mənafelərinin müdafiəsində, ağsaqqalların vətənpərvərlik tərbiyəsinə səfərbər edilməsində, təşkilatı-metodiki işlərin təşkilində səmərəli plan, proqramlar və tədbirlər həyata keçirmişlər. Hesabat dövründə Ağsaqqallar Şurası təkmiləşərək möhkəm, ictimai, sağlam hərəkata çevrilmişdir.
Konfransda çıxış edənlər 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməklə dəstəkləyəcəklərini bildirdilər.
Çıxışçılar Əkrəm Əylislinin “Daş Yuxular” romanının ictimaiyyət tərəfindən nifrətlə qarşılandığını qeyd etməklə, yazıçını xalqa xəyanət etməkdə, iftira atmaqda suçladılar.
Konfrans iştirakçıları məruzə və çıxışları dinləyərək, müvafiq qərar qəbul etdilər.
 

Keçidlər