Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral-Gənclər Günü” nə həsr olunmuş rayon gənclərinin toplantısı keçirilmişdir

02 fevral 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “2 Fevral-Gənclər Günü” nə həsr olunmuş rayon gənclərinin toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub Ulu öndərin əziz xatirəsini yad etdilər.
Sonra tədbir Mərkəzin “Heydər Əliyev irsi və salnamə” bölməsində dəyirmi masa ətrafında davam etdirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq Gənclər Gününün yaranma tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan və gənclərimizin cəmiyyətin müxtəlif sahələrində qazandıqları uğurlardan söz açdı.
Daha sonra Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Vüqar Əliyev və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Nicat Kərimov çıxış edərək gəncləri bayram münasibətilə təbrik etdi və dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğuladılar.
Çıxışların sonunda Yasamal rayon İcra Hakimiyyətnin başçısı İbrahim Mehdiyev öz adından gəncləri təbrik etdi, Gənclər Gününün təsis edilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı və gənclərə uğurlarının davamlı olmasını arzuladı .
Sonra müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc müxtəlif diplom və təltiflərlə mükafatlandırıldı.
Tədbir Ulu öndər Heydər Əiyevin ölkə gənclərinə göstərdiyi qayğıdan bəhs edən kinofilmin nümayişi ilə yekunlaşdı.
 

Keçidlər