Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə anım mərasimi keçirilmişdir

21 yanvar 2013 | 11:00

20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, ictimaiyyət, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə əklilqoyma mərasimi ilə müşaiyət olunan anım mərasimi keçirilmişdir.
Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Pariyası Yasamal rayon təşkilatının rəhbərliyi başda olmaqla rayonun idarə, müəssisə və təşkilatları 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarını təcəssüm etdirən kompleksin, adları qızıl hərflərlə yazılmış lövhənin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.
 

Keçidlər