Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 Yanvar-Qəhrəmanlıq salnaməmiz” mövzusunda dəyirmi masa

18 yanvar 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 Yanvar-Qəhrəmanlıq salnaməmiz” mövzusunda dəyirmi masa təşkil olundu.
Dəyirmi masanı giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov açdı. 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış üçün söz tarix elmləri doktoru, professor Şikar Qasımova verildi. Məruzəçi öz çıxışı zamanı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışdı.
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov da çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktına Ümummilli lider Heydər Əliyev tərəfindən verilmiş hüquqi qiymətin önəmini qeyd etdilər.
Məktəblilərin ifasında kompazisiya nümayiş olundu.
Tədbir 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşdı.
 

Keçidlər