Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” başlığı altında anım tədbiri keçirilmişdir

13 dekabr 2012 | 11:00

Dekabr ayının 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” başlığı altında anım tədbiri keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı şəhər Mədəniyyət və Turizm İdaərsinin sektor müdiri Gülnarə Seyidova, Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, Milli Azərbaycan Tarix Muzeyinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardana Yusifova, Dövlət Statistika Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri Malik Heydərov, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov, Yasamal rayon MKS-nin kollektivi, Yasamal rayonunda fəaliyyət göstərən ali və orta məktəblərin tələbə və şagirdləri, rayon gəncləri, KİV və digər ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Ulu öndərin büstü önünə gül dəstəsi qoymaqla Ümummilli liderin əziz xatirəsini yad etdilər.
Mərkəzin direktoru Naminə Ömərova qonaqları salamladıqdan sonra Ümummilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov, Azərbaycan Tarix Muzeyinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardana Yusifova çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi misilsiz xidmətlərdən söz açdılar, Azərbaycan Respublikasının qazandığı bugünkü uğurların məhz Heydər Əliyev siyasətinin nəticəsi olduğunu qeyd etdilər. Ulu öndərin Azərbycan mədəniyyətinə, mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan, söz açıldı və bu gün Heydər Əliyevin məqsədyönlü siyasətinin onun layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı.
Tədbirin sonunda İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Vurğun” poeziya teatrının ifasında Z.Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış kompazisiya təqdim olundu.
 

Keçidlər