Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərimizin əziz xatirəsinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatında təqdimatı keçirilmişdir

12 dekabr 2012 | 11:00

Dekabrın 11-də Arif Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseydə Ulu öndər Heydər Əliyevin Xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, həmin şuranın mətbuat xidmətinin rəhbəri, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodik mərkəzinin direktor müavini Polad Zeynalov, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və Mədəni İnkişaf ictimai birliyinin rəhbəri Gəray Əlibəyov iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru əməkdar müəllim Sabir Məmişov açdı. Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabir müəllim müstəqil Azərbaycan dövlətinin yaradıcısı, təhsilimizin inkişafında əvəzsiz rolu olan Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev cənablarının bu günkü Azərbaycan dövlətinin çiçəklənməsində müstəsna xidmətlərindən danışdı. O, qeyd etdi ki, bu gün Ulu öndərimizin əziz xatirəsinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatında təqdimatı keçirilir. Ötən illər ərzində də məktəbimizdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyyət dastanı” və “Böyük ömrün davamı” kitabları elektron formatda təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, həmin şuranın mətbuat xidmətinin rəhbəri, ”Vətəndaş Cəmiyyəti“ jurnalının baş redaktoru Səfər Alışarlı çıxışlarında qeyd etdilər ki, kitab-disk şuranın sifarişi və maliyyə yardımı ilə Mədəni İnkişaf İctimai birliyi tərəfindən hazırlanmışdır. Sonra isə “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatının təqdimatı keçirildi.
Mədəni İnkişaf mərkəzi ictimai birliyinin rəhbəri Gəray Əlibəyov kitab-diskin ərsəyə gəlməsi və onun məsuliyyəti barədə ürək sözlərini tədbir iştirakçılarına çatdırdı. Respublikamızın əməkdar artisti Azad Şükürov Heydər Əliyevin dühasını və şəxsiyyətini tərənnüm edən şeirləri canlı səsləndirdi.
Tədbirin sonunda Sabir müəllim 20 №-li məktəb-liseyin pedaqoji kollektivinə Heydər Əliyev irsinin şagirdlərə daha dolğun çatdırılması üçün bu disklərdən vəsait kimi istifadə etməyi tövsiyə etdi.
 

Keçidlər