Şriftin ölçüsü :

Saytın rəngi :

03 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə “Filiz” restoranında tədbir keçirmişdir

04 dekabr 2012 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti 03 dekabr – Beynəlxalq Əlillər günü münasibətilə “Filiz” restoranında tədbir keçirmişdir.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev tədbiri açaraq qeyd etmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda qeyd olunmağa başlanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə o, cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev fondunun rəhbəri Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğnın artırılması adıçəkilən fondun geniş spektli fəaliyyətinin mühüm məqamlarındandır.
Yasamal rayonunda 2850 nəfər müxtəlif əlillik dərəcəli vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ Müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, gözdən əlillər, 20 Yanvar hadisələrində əlil olanlar, anadan gəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var.
İ.Mehdiyev bildirmişdir ki, əlil vətəndaşlara, xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsini dövlətimiz, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti diqqət mərkəzində saxlayır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Tədbirdə Yasamal rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Almaz Qasımova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Aydın Şiriyev, Böyük Vətən Müharibəsi əlili Bəkir Məmmədov ölkəmizdə əlillərə göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə 150 nəfərdən çox Böyük Vətən və Qarabağ Müharibəsi, anadan gəlmə, ümumi əlilə ərzaq bağlaması və maddi yardım verildi. Yataq xətəsi olan əlillərə yardımlar evlərində çatdırıldı.
Tədbir Şərifzadə adına Mədəniyyət Mərkəzinin musiqi kollektivinin iştirakı ilə başa çatdı.
 

Keçidlər