Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirdi

19 aprel 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü 1 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Şərifzadə küçəsi 116 saylı binanın sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Əziz Əzizov dövlət başçısının göstərişi ilə keçirilən səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlərdən geniş danışdı.

Sonra görüşdə sakinlərdən C.Hüseynov, Ə.Ramazanov, Y.Mahmudov, G.Muradova, G.Abdürrəhmanova, T.Ağdamski binanın liftinin təmiri, məhəllələrin abadlaşdırılması, küçənin asfalt örtüyünün təmiri, yaşıllıqların salınması və digər sosial problemlərlə bağlı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini əminliklə qeyd edərək, məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Rayon sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər