Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 2017-ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2018 – ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası

12 yanvar 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-cı ilin sosial – iqtisadi inkişafının yekunları və 2018- ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası 21 saylı tam orta məktəbdə keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri, rayon sakinləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri etmişlər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Əliyev iclasa sədrlik edərək nümayəndəlik tərəfindən 2017- cı il ərzində həyata keçirilmiş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Belə ki, çox mənzilli binalarda və fərdi yaşayış evlərində ev təsərrüfatının və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işləri aparılmış, ərazidə 60961 sakin, 16984 təsərrüfat olduğu faktı müəyyən edilmiş, bunlar 207 uçot kitabında qeydə alınmış və mütəmadi olaraq dəqiqləşdirmə işləri davam etdirilmişdir. Ehtiyac olan məhəllələrdə asfhalt örtüyü salınmış, abadlaşdırma işləri görülmüşdür. Sakinlərin müraciətləri nəzərə alınaraq binalarda dam örtükləri təmir olunmuş, su, kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülmüşdür.

Nümayəndəliyin əməkdaşları ərazidə fəaliyyət göstərən dövlət qurumları, communal strukturlar, Yasamal rayon bələdiyyəsi, ictimai birliklər və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərmiş, bir sıra kütləvi ictimai tədbirlərdə iştirak etmişlər.

Nümayəndəliyin ərazisində yaşayan vətəndaşların ailə, məişət, sosial problemlərinin həll edilməsi sahəsində müvafiq işlər görülmüşdür. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 22, 32, 56 saylı Mənzil-Kommunal İstismar Sahələri, 138 və 158 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal İstismar Sahələri fəaliyyət göstərir.

Sakinlərin müraciətləri əsasında Mənzil-Kommunal İstismar Sahələri tərəfindən binalarda cari təmir işləri aparılmış, onların xidməti ərazilərində səliqə-səhman yaradılmışdır.

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin, digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin ərazisində iki ünvanda nümunəvi məhəllələr yaradılmışdır. Bu məhəllələr - Əsəd Əhmədov 203-205 A və 7- ci Salaxana küçəsi 7, 7A saylı yaşayış evlərinin ətrafında böyük bir sahədə Yasamal Rayon İcra Hakimiyyətinin daxli imkanları hesabına əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələr yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarı ilə Yasamal rayonunda sosial–iqtisadi inkişafın sürətləndirilməsi və sakinlərin mənzil–məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati ərazisində 7 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanmışdır. Artıq bu binalardan A.M.Şərifzadə küçəsi 33, 86, 122, 162, 174, İ.Zülalov küçəsi 19, A.Abbasov küçəsi 3 nömrəli qəzalı evlər sökülərək yerində yeni müasir standartlara cavab verən hündürmərtəbəli yaşayış binaların tikintisinə başlanmışdır.
İnşaat işlərini həyata keçirən Mənzil-Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülmüş, onlara kirayədə qaldıqları evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilmişdir.

Ç.Əliyev bildirmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəliyi olaraq ərazidə yaşayan əhalinin qarşıya çıxan problemləri ilə maraqlanıb onların sosial həyat tərzlərinin yaxşılaşdırılmasına köməklik göstərilməsi nümayəndəlik əməkdaşlarının əsas vəzifələrindən biridir. Bundan əlavə, nümayəndəliyin fəaliyyətinin Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən tapşırıqların günün tələbləri səviyyəsində icra olunması istiqamətində qurulması, sakinlərin tələb və təkliflərini öyrənərək onların müsbət həlli istiqamətində fəaliyyət göstərilməsi təmin ediləcəkdir.

Hesabat iclasında Yasamal rayon 15 saylı Dairə seçki komissiyasının sədri Cumar İsayev çıxış edərək bildirdi ki, sədri olduğu seçki dairəsi üzrə dislokasiyanın və daimi seçici siyahılarının dəqiqləşdirilməsində 1 nömrəli SİƏD üzrə nümayəndəliyin böyük xidmətləri və əməyi omuşdur. O, nümayəndəliyin 2017-cı il üçün hesabatını qənaətbəxş hesab etdiyini bildirdi.

Yasamal rayon İcra Hakimiyyəti Aparatının ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov öz çıxışında rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin üzərinə düşən vəzifələrdən, 2018-ci il Azərbaycan Respublikası Prezidentinin seçkiləri ili olduğu üçün bu seçkidə Azərbaycan Respublikasınıln Seçki Məcəlləsi və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli idarəetmə orqanlarının vəzifələrinə aid edilmiş tədbirlərin mütəşəkkil və sistematik surətdə icrasının və daimi seçici siyahılarının dəqiqləşdirilməsinin seçki prosesinin ən mühüm mərhələlərindən birini təşkil etdiyini bildirdi.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəsinin müdiri Elşən Mustafayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2018- ci il tarixdə geniş tərkibdə keçirilmiş “2017-ci ilin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından bəhs etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında və yekun nitqində toxunulan məsələlərə diqqət çəkdi. Həmçinin, cənab Prezidentin 2018- ci ili “Xalq Cümhuriyyəti“ ili elan etdiyini qeyd edərək müvafiq Sərəncamla yerli idarəetmə orqanlarının üzərinə dfüşən vəzifələri açıqladı. Natiq 2018- ci il sekilərində secici siyahılarının dəqiqləşdirilməsi işlərinin daha sürətlə davam etdirilməsnin zəruriliyini də bildirdi. Sonda Yasamal rayon 1 nömrəli SİƏD üzrə ümayəndəliyinin gələcək fəaliyyətində uğurlar arzuladı.

Yasamal rayon sakini Zaman Zamanov çıxış edərək bildirdi ki, A.M.Şərifzadə küçəsi 67, 69 və 7-ci Sallaxana ünvanlarında “Abad həyət”lərin salınması və sakinlərin istifadəsinə verilməsi, abadlıq və təmizlik işlərinin görülməsində Yasamal rayon İcra Hakimiyyətinin əməyi təqdirəlayiqdir.

İclasın sonunda nümayəndəliyin aparıcı-mütəxəssisi Sabir Kərimov tərəfindən hesabat iclasının qərar layihəsi oxudu. Səsvermədən sonra hesabat iclasının qərarı qəbul edildi.

Keçidlər