Şriftin ölçüsü :

Saytın rəngi :

4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə 2017-ci il ərzində görülən işlər haqqında hesabat yığıncağı keçirildi

15 yanvar 2018 | 11:00

Yasamal rayon 286 nömrəli tam orta məktəbdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirildi.

İclasa sədrlik edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev 2017-ci il ərzində rayonda görülən işlərdən söz açdı. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə abadlıq və quruculuq işlərinə xüsusi diqqət göstərilir. Buna görə də indi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Paytaxtın Yasamal rayonunda da görülən işlər göz önündədir.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Vasif Əkbərov qeyd etdi ki, nümayəndəlik 4549 ailə təsərrüfatı 16289 təsərrüfat üzvündən ibarətdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2017-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2017-ci ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır. Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür.

Cənab Prezident İlham Əliyev daim Respublikanın bütün regionlarına, o cümlədən Bakının inkişafına, gözəlliyinə, tikinti işlərinin müasir tələblərə uyğun aparılmasına, arxitekturasına xüsusi fikir verir, paytaxtımızın dünyanın təmiz şəhərləri arasında ön sıralarda yer alması üçün çalışır. Bununla əlaqədar olaraq 2017-ci ildə Bakının digər rayonları kimi Yasamal rayonunda da tədbirlər planı hazırlanmış və bir neçə yeni park salınmışdır.

30 iyun 2017 ci il tarixində Dadaş Bünyadzadə küçəsi ev 11e ünvanında “Diabet Liqa” maarifləndirmə mərkəzinin açılışı olmuşdur.İlin əvvəlindən etibarən mənəvi borcumuz hesab etdilən “20 Yanvar” şəhidlərinə həsr edilmiş tədbirlərdə, onların xatirəsinə ucaldılmış abidənin ziyarətində, kollektiv olaraq “Şəhidlər Xiyabanı”na gedərək şəhidləri yad etmiş, o cümlədən “Xocalı faciəsi”nə həsr edilmiş bir çox ictimai xarakterli tədbirlərdə, yaxından iştirak etmişdir. Nümayəndəliyin ərazisində “Yelləncək” adlı yeni uşaq bağçası körpələr evi istifadəyə verilmişdir. Nümayəndəlik tərəfindən ərazidə yataq xəstəsi kimsəsiz olan insanlarla görüşərək onlara dəstək olaraq 39 saylı şəhər poliklinikasına yazılı surətdə müraciət edərək həmin xəstələrin qeydiyyata alınmasını xahiş etmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri - şura üzvü Elşən Mustafayev, 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova,19 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Teymur Mahmudov,286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə,Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov,Yasamal rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Bəhram Şeydayev, Yeni Yasamal sakini Təranə Salahova çıxış edərək nümayəndəliyin 2017-ci il ərzində gördüyü işlər haqqında danışaraq hesabatın qənaətbəxş olduğunu qeyd etdilər.

Keçidlər