Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon tam orta məktəblərində “Son zəng” tədbirləri keçirildi

14 iyun 2016 | 11:00

14 iyun 2016-cı il tarixdə Yasamal rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olundu.Bununla əlaqədar məktəblərdə müəllim və şagird kollektivi tərəfindən hazırlıq işləri görülmüş və bu günün məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni əsirgəməmişlər.

Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Yasamal rayonunda yerləşən ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak etdilər.

Digər sahələrdə olduğu kimi rayonun təhsil müəssisələri də bir çox uğurlara imza atıblar. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunları Müşviq Əlizadə və Natiq Ağayev qızıl medala layiq görülmüşlər.Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə Avropa liseyinin tarix müəllimi Tahirə Allahverdiyevaya, 308 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məhəbbət Məmmədovaya və Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Dursun Yaqubovaya “Əməkdar müəllim” fəxri adı verilmişdir.Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Avropa liseyinin ibtidai sinif müəllimi Zeynəbxanım İsmayılova, 24 saylı Uşaq yaradıcılıq mərkəzinin direktoru Gülarə Quluzadə “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Ötən tədris ilində rayonun orta təhsil məktəblərində təhsilini başa vurmuş 1937 buraxılış məzunlarından 1238 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 64 faizini təşkil edir. Bu isə o biri illərlə müqayisədə 14 faiz çox deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ali məktəblərə yüksək balla daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb və sevindirici haldır ki, onlardan 4 nəfəri: – Zaur Şahverdiyev, Məhbubə Babaşova, Fərid İsmayılov Akademik Zərifə Əliyeva adına liseyin, Səidə Dadaşova 167 nömrəli məktəbin yetirmələridirlər.Qeyd etmək lazımdır ki, 167 nömrəli məktəb “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.

Rayon üzrə təhsilin inkişafında əməyi və xidmətləri olan müəllimlərdən Yasamal rayon İcra Hakimiyyəti də öz diqqətini əsirgəmədi: 52 saylı tam orta məktəbin direktoru Elmira Ələsgərova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Avropa liseyinin elmi rəhbəri Zülfiyyə Veysova, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildilər.

“Son zəng” tədbirlərində müstəqil həyatın astanasında duran məzunlara uğurlar, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulandı.

Keçidlər