Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya bəşəriyyətin faciəsidir

02 mart 2016 | 11:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası Yasamal rayon İcra Hakimiyyəti ilə birgə rayon müşavirəsi keçirdi.

Əvvəlcə məktəblilərin narkomaniyanın fəsadlarını əks etdirən əl işlərindən ibarət sərgisinə baxış keçirildi.

Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Yasamal rayon komissiyasının sədri Səməd İslamov bildirdi ki, tədbirin əsas məqsədi ölkədə narkomanlığa qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Azərbaycanda narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və Dövlət Proqramı qəbul olunub. Dövlət başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı qəbul olunub.

Yasamal rayon komissiyası da ötən müddət ərzində müxtəlif tədbirlər həyata keçirib. Rayon Polis idarəsi tərəfindən ötən ildə xeyli sayda narkotik vasitələrin satışının qarşısı alınıb, küllü miqdarda narkotik vasitələri müsadirə olunaraq məhv edilib.

Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Vasif Quliyev isə bildirdi ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlət deyil, eləcə də cəmiy-yətin hər bir fərdi fəal rol oynamalıdır.

Digər çıxışlarda da vurğulandı ki, “Ağ ölümlə” mübarizədə maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələri, kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolu böyükdür.

Hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən broşüra və bukletlər paylanıldı.

Sonda narkomaniyanın törətdiyi bəlalardan bəhs edən videoçarx nümayiş olundu.

Keçidlər