Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gənclik, Sağlam ailə, Sağlam cəmiyyət” mövzusunda tədbir keçirildi

25 may 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam gənclik, Sağlam ailə, Sağlam cəmiyyət” mövzusunda tədbir keçirildi.

Tədbirdə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva, Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova, Yasamal rayon Məhkəməsinin hakimi Toğrul Axundov, Elmi -Tədqiqat və Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva, Bakı İslam Universitetinin müəllimi fəlsəfə elmləri doktoru Hacı İbrahim Quliyev, Tələbə və Gənclər Təşkilatlarının nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular, Ulu Öndərin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, sağlam gənclik cəmiyyətin əsasıdır. Ailə Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva öz çıxışında komitə tərəfindən dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin üzərində işlədiyini, onların həlli istiqamətində mühüm tədbirlərin həyata keçirdiyini qeyd etdi.

İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxışında milli-mənəvi dəyərlərimizin əsasında sağlam ailənin olduğunu qeyd etdi.

Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Əsgərova, Yasamal rayon Məhkəməsinin hakimi Toğrul Axundov və Elmi- Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva öz çıxışlarında ailə münasibətlərinin hüquqi əsaslardan, gənc ailələrdə nigahın pozulması hallarının yaranma səbəblərindən və nigahdan əvvəl tibbi müayinə və reproduktiv sağlamlıq haqqında maarifçilik işinin əsaslarından bəhs etdilər.

Sonda Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova öz çıxışında belə tədbirlərin keçirilməsinin gənclərin maariflənməsində böyük rolu olduğunu qeyd etdi.

Keçidlər