Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar bizim gələcəyimizdir

01 iyun 2016 | 11:00

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Yasamal Rayon icra Hakimiyyəti və Yasamal Rayon icra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə tədbiri keçirildi.

Tədbirdə Rayon icra Hakimiyyəti başçısının müavini Təravət Muradova uşaq problemləri, onların keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı. Ümummilli Lider Heydər Əliyevin uşaqlara daim xüsusi diqqət və qayğı göstərdiyini minnətdarlıq hissi ilə xatırladı.Qeyd etdi ki, Prezident İlham Əliyev uşaqların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Yasamal Rayon icra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Coşğun Əliyev də öz çıxışında ölkəmizdə uşaqların həyat tərzinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü iş aparıldığını, dövlət tərəfindən onlara hərtərəfli qayğı göstərildiyini vurğuladı.

Tədbirdə 308 saylı tam orta məktəbin şagirdləri, 341saylı və “Albalı” uşaq bağçalarının kiçik yaşlı fidanlarının ifasında səslənən mahnılar, şer parçaları, müxtəlif xalqların rəqsləri tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

Keçidlər