Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir keçirildi

01 iyun 2016 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi Respublika Müalicəvi Diaqnostika Mərkəzində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirdi.

Əvvəlcə qonaqlar “Gələcək nəsil” valideynlər klubu və uşaq bağçası uşaqlarının əl işlərindən ibarət sərgisiylə tanış oldular.

Sonra rayon Qeydiyyat şöbəsi yeni doğulan körpələrin doğum aktını qeydə alıb onlara doğum haqqında şəhadətnamələri payladı.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və Rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova öz çıxışlarında ölkəmizdə uşaq problemlərinin həlli yollarından və uşaqların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdılar.Bildirdilər ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən birinə çevirib.

“Gələcək nəsil” valideynlər klubu və uşaq bağçasının uşaqlarının ifasında səsləndirilən vətənpərvər mahnılar,biri-birindən rəngarəng musiqili kompozi-siyalar və dünya ölkələrinin rəqsləri hamını heyrətə gətirdi.

Keçidlər