Şriftin ölçüsü :

Saytın rəngi :

“ 28 MAY- Respublika günü” münasibətilə tədbir

27 may 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev mərkəzində “28 May-Respublika günü” qeyd edildi. Əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub muzeylə tanış oldular. Sonra mərkəzin foyesində 16 saylı musiqi məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiyanı dinlədilər.

Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqda ilk Demokratik Dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın Müstəqillik əzmini nümayiş etdirib. XX-ci əsrin sonunda isə Müstəqilliyini bərpa edən Azərbaycan ötən 25 ildə böyük inkişaf yolu keçib.Ümummilli Lider Heydər Əliyev başladığını daha sonra dahi liderin siyasi məktəbinin yetirməsi olan İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs ölkəmizi dünyanın ən sürətli inkişaf dinamikası əldə etmiş ölkələrindən birinə çevirib.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın müasir tarixi şöbəsi nəzdində Azərbaycanın 1920-1940-cı illər dövr tarixi elmi bölməsinin rəhbəri İlqar Niftə-liyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və digər çıxış edənlər Dövlət Müstəqilliyinin tarixi əhəmiyyəti, Ümummilli Liderin bu istiqamətdəki fəaliyyətini vurğuladılar. Qeyd olundu ki, Azərbaycan bu gün regionda və dünyada lider dövlətə çevrilib.

Sonra “28 May- Respublika günü”nə həsr olunmuş filmin nümayişi oldu.

Sonda 20 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elyar Əliyev “Ölkəm” mahnısını ifa etdi.

Keçidlər