Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyəti “Fəxri fərmanla” yubilyarı təbrik etdi

13 may 2016 | 11:00

Yasamal rayonu P.Nəzərov adına 60 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Nəzakət Zeynal qızı Şahsuvarova anadan olmasının 65 illiyi münasibəti ilə Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin imzaladığı fəxri fərmanı ilə təltif edildi.

Nəzakət Zeynal qızı Şahsuvarova 42 illik əmək fəaliyyətinin 36 ilini təhsilə bağışlamışdır. Pedaqoji fəaliyyətə 1980-ci ildə Yasamal rayonu P.Nəzərov adına 60 saylı orta məktəbdə başlamış, hazırda həmin məktəbdə müəllim işləyir.İşlədiyi müddətdə öz işinə məsuliyyətlə yanaşmış, gənc nəslin təlim-tərbiyəsində bir sıra nailiyyətlər əldə etmiş, məktəbin, eləcə də rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Rayon İcra Hakimiyyəti başçısının imzaladığı fəxri fərmanı yubilyara təqdim edərək onu təbrik etdi, hazırki dövrdə müəllimlərimizin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi, Nəzakət Şahsuvarovaya bundan sonra da bu şərəfli vəzifəsinin öhdəsindən layiqincə gəlməyi və işlərində yeni müvəffəqiyyətlər arzuladı.

Keçidlər