Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı xeyriyyə tədbiri keçirildi

28 aprel 2016 | 11:00

Akademik Opera və Balet teatrında Azərbaycan xalqının tanınmış alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı xeyriyyə tədbiri keçirildi.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, Millət vəkilləri, Təhsil Nazirliyinin nümayəndələri və ziyalıların iştirak etdiyi tədbirdə akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin şagirdləri alimin davamçıları kimi çıxış ediblər. Belə ki, onlar Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibəti ilə İlyas Əfəndiyevin “ Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilmiş “ Qərənfil” adlı xeyriyyə tamaşasını oynadılar.Şagirdlər tamaşadan əldə olunan maliyyə vəsaiti ilə hər iki gözündən anadangəlmə kataraktadan əziyyət çəkən yeddiyaşlı Zəhra Alxasovanın göz əməliyyatını həyata keçirməyə dəstək olacaqlar.

Qeyd etmək lazımdır ki, Yasamal rayonunda fəaliyyət göstərən Zərifə xanım Əliyevanın adını daşıyan bu lisey hər il xeyriyyə tədbirləri ilə yadda qalır.

Keçidlər