Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağa dəstək” ümumrayon toplantısı keçirildi

05 aprel 2016 | 11:00

Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyətində ümumrayon toplantısı keçirildi.

Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən toplantıda rayonun idarə, müəssisə rəhbərləri ilə yanaşı rayon ağsaqqalları, ehtiyatda olan zabitlər, Böyük Vətən Müharibəsi veteranları, rayon ictimaiyyəti, fəal gənclər vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirdilər.

Əvvəlcə şəhid olan hərbçilərimiz və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından hazırlanan videoçarx nümayiş olundu.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev dedi ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan ordusu düşməni lazımi şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, Prezident Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı Yasamal rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb.

Sonra rayon ağsaqqalları, ehtiyatda olan zabitlər, Böyük Vətən Müharibəsi veteranları, rayon ictimaiyyəti, fəal gənclər çıxış edərək Vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirdilər.Qeyd olundu ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələxsus gənclərimiz, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar.

Keçidlər