Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid olan hərbi qulluqçularımız son mənzilə yola salındılar

05 aprel 2016 | 11:00

Aprelin 2-dən etibarən erməni hərbi qüvvələrinin törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbi qulluqçularımız böyük izdihamla son mənzilə yola salındılar.

Füzuli istiqamətində gedən döyüşlərdə həlak olan 32 yaşlı zabit Novruzov Mirzə Sərvər oğlunun nəşi Bakıya gətirilərək, ikinci Fəxri xiyabanda dəfn olundu.

Şəhidimizi son mənzilə yola salmağa gələn ailə üzvləri, dostları,Yasamal rayon ictimaiyyət nümayəndələri, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatları və Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də hərbçilər Vətən uğrunda həlak olan qəhrəmanımızın şücaətlərindən danışdılar.

Dəfn mərasimində Müdafiə Nazirliyinin Hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səsləndirildi.Havaya yaylım atəşi açıldı.

Torpağa tapşırılan qəhrəmanımızın cəsarətindən onu tanıyanlar ağızdolusu danışdılar.Onların valideynlərinə belə qəhrəmanlar yetişdirdikləri üçün təşəkkür edən şəhidimizi son mənzilə yola salmağa gələn insanlar şəhidlərimizlə qürur duyduqlarını bildirdilər.

Azərbaycanda belə gənclərin çox olduğu və onların Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı dərhal işğaldan azad etməyə hazır olduqları vurğulandı.

Sonra şəhidlərimizin ruhuna dualar oxundu.

Baş leytenantın tabutu üzərindəki üçrəngli Dövlət Bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin ailəsinə təqdim edildi.

Allah rəhmət etsin.

Keçidlər