Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar rayon tədbiri keçirildi.

31 mart 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirdi. T.Abbasov adına 225 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə rayonun 53, 60, 153, 176 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivləri iştirak etdi.

İlk öncə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra məktəbin direktoru Sevda Eminova ermənilərin Azərbaycan xalqına qarşı həmişə soyqırım siyasəti yürütdüklərindən söz açaraq tədbiri açıq elan etdi.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Ibrahim Mehdiyev erməni cəlladlarının xalqımıza qarşı törətdikləri soyqırımın bütün bəşəriyyətə qarşı cinayət olduğunu bildirdi.Qeyd etdi ki, erməni qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi yad edilir.

Digər çıxışlarda da qeyd olundu ki, bütün tarixi haqsızlıqlara baxmayaraq bu gün Azərbaycan xalqı yaşayır. Ölkəmiz Cənubi Qafqazın sürətlə inkişaf edən dövlətinə çevrilib.

Sonda Şuşa Dövlət Dram Teatrının 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr etdiyi “Ağ qayıq” tamaşası nümayiş olundu.

Keçidlər