Şriftin ölçüsü :

Saytın rəngi :

“31 mart-Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir

31 mart 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart-Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü, akademik Kərim Kərimov, Respublika Veteranlar Şurasının üzvləri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev, Cabir Kazımov, Yasamal rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Almaz Qasımova, Yasamal rayon İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini,dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov,31 nömrəli tam orta məktəbin müəlliməsi, tarix elmləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova və həmin məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

İlk öncə Heydər Əliyev Mərkəzinin foyesində AMEA-nın müxbir üzvü, akademik Kərim Kərimovun və Yasamal məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra məktəblilər mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş sözü ilə tədbiri açaraq qonaqları salamladı. Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və film nümayiş olundu.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova öz çıxışında bildirdi ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın torpaq- larından yerli əhalini sıxışdırıb çıxarmağa başlayıblar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədib.

Tədbirə dəvət olan digər qonaqlar öz çıxışlarında əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, törətdikləri vəhşilikərdən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışdılar.

31 saylı tam orta məktəbin tarix müəlliməsi, Tarix elmləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova öz çıxışı zamanı ermənilərin xalqımıza qarşı yeritdikləri soyqırım siyasətinin iki əsrdən çox tarixi olduğunu və xalqımızın başına gətirilən faciələrin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini qeyd etdi.

Sonda 31 saylı tam orta məktəbin şagirdlərinin ifasında soyqırım gününə həsr olunmuş kompozisiya təqdim olundu.

Keçidlər