Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal məktəbliləri Naxçıvana yola düşdülər

16 mart 2016 | 11:00

Martın 16-da “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Yasamal rayon ümumtəhsil məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi.Məktəblilər Naxçıvana yola düşməzdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirildi ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Yasamal rayonundan 14 məktəbli iştirak edir.Qeyd etdi ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.

Yolasalma mərasimi konsert proqramı ilə davam etdi.

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilmə- sində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya Yasamal məktəbliləri tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı. Yolasalma mərasimi Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən şagirdlər Naxçıvan şəhərinə bayram sovqatları ilə onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Hava limanına yola düşdülər.

Keçidlər