Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

11 mart 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova,filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, filologiya üzrə fəlsəfə doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru ,dosent Lütfiyyə Əsgərzadə , filologiya üzrə fəlsəfə doktoru, professor, Solmaz Həyatova, filologiya üzrə fəlsəfə doktoru, dosent Lətafət Qafarlı,Həkəri qəzetinin şöbə müdiri Ənvər Məmmədov, Respublika qəzetinin şöbə müdiri Rauf İlyasoğlu ,Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Eldarqızı, 2011-ci il Muğam müsabiqəsinin qalibi Nigar Rəhimova iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər. Daha sonra foyedə şairin fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiylə tanışlıq oldu.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı, xalq şairinin həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova çıxış edərək Süleyman Rüstəmin Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat tarixinə daxil olmuş görkəmli simalardan biri olduğunu vurğuladı.

Filologiya üzrə fəlsəfə doktoru,dosent Xədicə İsgəndərli öz nitqində bildirdi ki, Süleyman Rüstəm bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərdən biridir. Ona görə də Süleyman Rüstəmin yubileyini keçirmək sadəcə, bizim tərəfimizdən onun xidmətlərinə, şəxsiyyətinə, onun Azərbaycan xalqına qoyub getdiyi irsə göstərdiyimiz hörmətdir.

Filologiya üzrə fəlsəfə doktoru , professor Asif Rüstəmli öz çıxışı zamanı XX əsr ədəbiyyatının , mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən Süleyman Rüstəm yaradıcılığının xalqımızın milli sərvəti olduğunu qeyd etdi.

Digər çıxışçılar da Süleyman Rüstəmin şerlərinin, əsərlərinin, bütün yaradı -cılığının xalqımızda ilk növbədə vətəni sevmək , vətənə sadiq olmaq, millətimizlə, xalqımızla fəxr etmək hisslərini, duyğularını yaradıb inkişaf etdirdiyini bildirdilər. Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Eldarqızının təqdi -matında “Ana və poçtalyon” kompozisiyası təqdim olundu.

Sonda 2011-ci il Muğam müsabiqəsinin qalibi Nigar Rəhimovanın ifasında sözləri Süleyman Rüstəmə aid olan musiqilər səsləndi.

Keçidlər