Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 8 mart – Beynəlxalq Qadınlar günü qeyd edildi

07 mart 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kaktus” restoranında böyük təntənə ilə “Beynəlxalq Qadınlar günü“ qeyd edildi. Rayon ümumtəhsil məktəblərinin müəllimləri və rəhbərləri,qabaqcıl səhiyyə işçiləri,rayon ictimaiyyəti bayram tədbirinin qonaqları oldular.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırdığından söz açmışdır. Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmişdir və keçirilməkdə davam edir. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir.

Bayram tədbirində Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunanlar Yasamal rayon İcra Hakimiyyəti adından bir daha təbrik olundular, eləcə də rayonda uzun illər səmərəli fəaliyyət göstərən qabaqcıl qadınlardan: 308 saylı tam orta məktəbin direktoru Təranə Məmmədova, 167 saylı tam orta məktəbin fizika müəllimi Qəribə Manafova, 5 nömrəli uşaq poliklinikasının baş həkimi Edilya Hüseynova, 3 nömrəli şəhər poliklinikasının psixoterapevti Fəxriyyə Məmmədova, 16 saylı Dairə Seçki Komissiyasının sədri Sədaqət Seyidzadə rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə və 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər.

İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “ Şəlalə” xalq çalğı ansamblı bayram tədbirində rəngarəng konsert proqramı ilə çıxış etdilər. Tələbələrin ifasında maraqlı kompozisiyalar hamının ürəyincə oldu.

Keçidlər