Şriftin ölçüsü :

Saytın rəngi :

«Bədən tərbiyəsi və idman günü»nə həsr olunmuş rayon tədbiri

04 mart 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 04 mart 2016-cı il tarixdə Yasamal rayon İcra Hakimiyyətinin akt zalında 5 mart-Bədən tərbiyəsi və idman gününə həsr olunmuş rayon tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq toplantı iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 04 mart 2005-ci il tarixli sərancamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, habelə «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adı təsis edilmişdir. İlham Səfərov qeyd etdi ki, imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və ölkə idmançılarına olan tükənməz qayğısının daha bir bariz nümunəsidir. İlham Səfərov ötən dövr ərzində idarə tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın təbliği və inkişafı istiqamətində görülmüş işlərdən söz açdı. O, çıxışında xüsusi ilə qeyd etdi ki, keçirilmiş yarışlarda kütləviçiliyə nail olunması idarə qarşısında duran başlıca vəzifələrdəndir.Rayon sakinləri olan Ayxan Tağızadənin (taekvando) və Elvin Mürsəliyevin (yunan-roma güləşi) Bakı 2015 I Avropa Oyunlarının qızıl medalçıları sırasında olması hər birimiz üçün qürurverici hadisədir. O, düzgün yanaşmanın nəticəsi olaraq bu kimi uğurların gələcəkdə də təkrarlanacağına əmin olduğunu bildirdi.

Toplantıda 158 №li tam orta məktəbin direktoru Mehriban Ələsgərova «Yeniyetmə və gənclərin sağlam inkişafında bədən tərbiyəsi və idmanın rolu», 8 №li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elvin Məmmədxanov «Gənclərin asudə vaxtının səmərəli təşkilində idmanın rolu», Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman klubunun sədr müavini, Fəxri bədən tərbiyəsi və idman işçisi Mehdi Nəzərov «Universiada ali təhsil müəssisələrində idmanın təbliğ olunmasında əsas kimi», Бакы шящяр Эянжляр вя Идман Баш Идарясинин ряиsи Raqif Abbasov «Bakı beynəlxalq idman tədbirləri ərəfəsində», Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev «Rio-2016 XXXI Yay Olimpiya Oyunlarına idmançılarımızın hazırlıq prossesi» mövzularında çıxışlar etmişlər.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova «Mötəbər idman tədbirləri ərəfəsində rayonda aparılan quruculuq və abadlıq işləri» mövzusunda çıxış edərək son illər ərzində rayonda çoxsaylı idman meydançalarının bərpa edildiyini və neçə-neçə yeni meydançaların tikilərək rayon sakinlərinin istifadəsinə verildiyini qeyd etdi. Təravət Muradova Azərbaycan tarixinin idman səhifəsinin öz çiçəklənmə dövrünü müstəqilliyimizi əldə edəndən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaşamağa başladığını bildirdi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra ölkəmizdə idmana və idmançılara diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi. T.Muradova idman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin, Olimpiya ideyalarının təbliğinin, respublikamızın hər bir yerində tikilən onlarla müasir Olimpiya Komplekslərinin və görülən digər tədbirlərin nəticəsində ölkəmizin sürətlə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildiyini qeyd etdi. T.Muradova Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhvələr verdiyini bildirdi. T.Muradova çıxışında qeyd etdi ki, 2015-ci il ərzində Azərbaycan bir çox mötəbər yarışlara, o cümlədən ilk Avropa Oyunlarına, Şahmat üzrə Dünya Kubokuna uğurla ev sahibliyi etmiş, idman yarışlarının keçirilməsində yüksək hazırlıq səviyyəsi nümayiş etdirmişdir. T.Muradova çıxışında 2016-cı ildə də Formula 1, Şahmat üzrə Dünya Kuboku kimi mötəbər idman tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulunun ölkəmizin dünyada artan nüfuzunun göstəricisi olduğunu vurğuladı.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Əməkdar İdman Ustası, kikboksinq üzrə 22 qat Dünya çempionu Eduard Məmmədov, Bakı 2015 I Avropa Oyunlarının qızıl medalçısı Ayxan Tağızadə iştirak etmişdir.

Toplantıda bir qrup idmançıya 5 mаrt-Bədən tərbiyəsi və idman günü münasibəti ilə idmanda əldə etdiyi yüksək nailiyyətlər, yeniyetmə və gənclər arasında idmanın təbliği nominasiyaları üzrə mükafatlar təqdim edildi. Bundan əlavə, tədbirdə Yasamal rayon məktəbliləri arasında keçirilmiş XXVII spartakiadanın və “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliklərinin qalibləri müvafiq kubok və diplomlarla təltif edildi.

Toplantıda rayon ərazisində fəaliyyət göstərən idman kollektivlərinin nümayəndələri, veteran idmançılar, Uşaq-Gənclər İdman Məktəblərini təmsil edən bir qrup idmançılar, idman ictimaiyyəti nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin bir qrup əsgər və zabitləri, idarə, müəssisə və təşkilatların fəal gəncləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və digərləri iştirak etdilər.

Keçidlər