Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı qan yaddaşım” adlı anım mərasimi keçirildi

25 fevral 2016 | 11:00

53 saylı tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə “Xocalı qan yaddaşım” adlı anım mərasimi keçirildi.

Tədbirdən əvvəl foyedə akademik Kərim Kərimovun rəsm əsərlərinin sərgisinə baxış keçirildi.

Anım mərasimini məktəbin direktoru Firəngiz Həsənova açıq elan edərək soyqırımın acı nəticələrindən danışdı.

Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev erməni qəsbkarlarının tarix boyu xalqımıza qarşı yeritdiyi işğalçı, siyasət və məkrli planlarından danışdı.Ermənilər Xocalı soyqırımını törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına qarşı vandal mövqelərini nümayiş etdiriblər. İbrahim Mehdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olur.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qeyd etdi ki, Xocalı soyqırımı adlı dərd Azərbaycanın qəlbindən heç vaxt silinməyəcək.Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələri parlamentlərində müzakirəyə çıxarılıb, bu qətliam soyqırım aktı kimi tanınıb.

Çıxışlardan sonra Bakı “Kölgə” teatrı aktyorlarının ifasında “Əsgər papağı” tamaşası nümayiş etdirilib. Xocalıda törədilən hadisələrdən bəhs edən bu tamaşa tədbir iştirakçılarına həmin gecənin ağrısını bir daha yaşatdı.

Tərbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, Xocalı şəhid ailələri,rayonun tam orta məktəblərinin rəhbərləri, 53,60,175,225 saylı orta məktəblərin müəllim və şagird heyəti iştirak etdi.

Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonda məskunlaşan 21 Xocalı şəhidlərinin ailə üzvlərinə ərzaq yardımı paylandı, ehsan süfrəsi verildi, şəhidlərin ruhuna dualar oxundu.

Rayonun bütün ümumtəhsil və orta ixtisas məktəblərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirildi: 286 saylı tam orta məktəbdə “Xocalı faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”, 13 saylı tam orta məktəbdə “Qan yaddaşımız", 18 saylı tam orta məktəbdə ”Unutmadıq, unutdurmadıq!”, 153 saylı tam orta məktəbdə “Xocalı soyqırımı-əsrin faciəsi”, 158 saylı tam orta məktəbdə “Xocalı faciəsi -əsrin faciəsi”, Akademik Zərifə Əliyeva adına liseydə “Xocalı faciəsi” adlı anım tədbirləri keçirilmişdir.

Keçidlər