Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin Apellyassiya Şurası yaradıldı

08 fevral 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə 03 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası olaraq Yasamal rayon İcra Hakimiyyəti baçısının 08 fevral 2016-cı il tarixli 18 saylı sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin Apellyassiya Şurası yaradılmışdır.

Rayon İcra Hakimiyyəti baçısının sərəncamı ilə yaradılan tərkibi 7 nəfərdən ibarət olan Apellyassiya Şurasına başçının müavini Xaliq Möhbalıyev sədr təyin olunmuşdur.  Apellyassiya Şurasının tərkibinə aparatın məsul şəxsləri, başçısının 1 nömrəli sahə-inzibati dairəsi üzrə nümayəndəsi daxili edilmiş, o cümlədən katibliyin rəhbəri və üzvləri təyin olunmuşdur.

Yasamal Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin təkrar şikayətlərini ümumi şikayətlərdən ayıraraq fərdi qaydada baxılmasını təmin etmək, həmçinin, rayon İcra Hakimiyyətinin qəbul etdiyi qərarlardan, hərəkət və yaxud hərəkətsizlikdən narazı qalan sahibkarlar tərəfindən verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılmışdır.

Keçidlər