Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir

13 yanvar 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rayonun 21 saylı tam orta məktəbinin binasında rayon rəhbərliyi, təsərrüfat xidmət idarələri rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən yığıncağında 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.

Yığıncaqda 1 saylı sahə inzibati ərazi-dairəsi üzrə nümayəndəsi Cumar İsayevin məruzəsi dinlənildi. 2015-ci il ölkəmiz üçün bir çox mühüm hadisələlrlə yadda qalmışdır. Bunlardan biri də parlament seçkilərinin keçirilməsi olmuşdur. 15 saylı Yasamal 1-ci Seçki dairəsi üzrə ərazidə seçici siyahları nümayəndəlik tərəfindən dəqiqləşdirilmişdir.

Parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlər icra olunmuşdur. Ərazidə namizədlərin təbliğatı üçün rayon İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikasında Parlament seçkilərinin keçirilməsi ilə əlaqədar və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması üçün açıq və qapalı yerlərin ayrılması” haqqında sərəncamına uyğun olaraq 15 saylı Yasamal birinci seçki daiəsi üzrə Mirəli Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu açıq yer kimi, A. M. Şərifzadə küçəsi, 108, 110, 112, 114 və 116 saylı yaşayış binalarının həyətindəki “Xeyir-Şər” evi qapalı yer kimi ayrılmış, seçkilərə çağırış plakatlarının vurulması üçün müvafiq təbliğat lövhələrində quraşdırılmışdır.

15 saylı Yasamal 1-ci Seçki dairəsi üzrə seçki şəffaf, demokratik və seçicilərin yüksək fəallığı şəraitində keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə əsasən həftə ərzində nümayəndəliyin inzibati binasında mütamadi olaraq vətəndaşların qəbul günləri keçirilmişdir. Belə ki, ötən il ərzində onlarca vətəndaşın etdikləri şikayət və təkliflər daxil olmuşdur. Edilən müraciətlərin bir qismi həll edilmiş, səlahiyyətlərimiz çatmayan probləmlərin həllində isə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə digər qurumlar tərəfindən sakinlərimizin problemlərinin həllinə nail olunmuşdur. Nümayəndəliyin ərazisində yaşayan vətəndaşların ailə, məişət, sosial problemlərinin həll edilməsində müvafiq işlər görülmüşdür.

Nümayəndəliyin ərazisində Yasamal rayon Mənzil Kommunal Təssərüfat Birliyinin 22, 32, 56 MİKS-ləri, Xəzər Dəniz Gəmiçiliyinin 4 saylı MİKS-i və138 saylı xüsusi təyinatlı MİKS-i fəaliyyət göstərir. Sakinlərin müraciətləri əsasında MKİSlər tərəfindən binaların damlarında cairi təmir işləri aparılmış, bloklarda təmizlik işləri görülmüş, səliqə-sahman yaradılmışdır.

Akim Abbasov 9, Şərifzadə 176 ünvanlarında yaradılmış abad həyətlərdə salınmış yaşıllıqları, ot örtüklərinin məhv olmaqdan qorumaq üçün ərazilər suvarma suyu ilə təmin edilmişdir.

Rayon icra hakimiyyətinin tapşırığına əsasən rayonun Zərdabi küçəsində, 19 saylı poliklinikanın həyətində, ”Asan xidmətin”arxa hissəsindən keçən küçələrə asfalt örtüyü vurulmuşdur.

Yasamal rayonunun bir çox xidmət idarələri: işıq, su-kanalizasiya, istilik, qaz idarələri, Əhalinin Sosial Müdafiə Mərkəzi və Sosial Müdafiə Fondu, Telekommunikasiya Qovşağı 1 saylı SİƏD üzrə nümayəndəliyin ərazisində yerləşir. Bu xidmət idarələrinin rəhbərləri ilə vaxtaşırı görüşərək sakinlər tərəfindən qaldırılan sosial problemlərin həlli ilə operativ olaraq məşğul olunur.

Yığıncaqda Yasamal rayon sakinlərindən Şahzadə Məmmədova, Sevda Osman qızı Məmmədova, BVM-i əlilləri Qamət Nəbiyev, İsmayıl Kərimov, Nailə Quliyeva və digərləri müzakirəyə qoşularaq ərazidə mövcud olan bəzi problemlərdən danışaraq onları aradan qaldırılmasını xahiş etmişlər.

21 saylı məktəbin direktoru Ceyhun Bayramov, 13 saylı məktəbin direktoru Yaqut Sadıqova müzakirələrə qoşularaq bildirmişdirlər ki, məktəbin 2015-ci il tədris ilində əldə etdiyi yüksək nailiyyətlərdə Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi olmuşdur.

Yekun sözü Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini, Şura üzvü Xaliq Mehbalıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, sakinlərin həyat şəraitinin daha da yüksəlməsi üçün həlli vacib məsəllərdən, onlara göstərilən qayğı və diqqətdən danışdı.

Keçidlər