Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Müşfiqin anım günü qeyd edildi.

06 yanvar 2016 | 11:00

Azərbaycan ədəbiyyatının unudulmaz siması Mikayıl Müşfiqin vəfatından 78 il ötür. 6 yanvar - ölməz şairin xatirə günündə poeziyasevərlər ənənəyə sadiq qalaraq onun Yasamal rayonundakı abidəsi önünə toplaşıb gül dəstələri qoydular.
Ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda 29 yaşında əqidəsi uğrunda ölümə tuş gələn Mikayıl Müşfiq poeziyasevərlərin qəlbində əbədi taxt qurmağı bacardı. Vəfatından 78 il ötsə də ildə iki dəfə Müşfiqsevərlər ustadın abidəsi qarşısına toplaşaraq onun doğum və anım günlərini qeyd edirlər. Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və Humanitar şöbəsinin müdir müavini Vaqif Məmmədov və baş məsləhətçi Azad Niyazov, “Müşfiq ocağının” yaradıcısı, ehtiyyatda olan polkovnik Əbdülhəsən Əhmədov, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “Bərmək” İctimai Birliyinin sədri Adil Sadıqov, şair Oqtay Rza, millət vəkili Ülvi Quliyev, Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbin müəllimləri, şagirdləri və başqaları görkəmli poeziya ustasının yaradıcılığından söz açdılar, bu gün hər bir gəncin qəlbində onun əziz xatirəsinin dönə-dönə yaşayacağını qeyd etdilər.
Sonra Müşfiqsevərlər Xızı şəhərinə,onun doğma ocağına yola düşdülər.
Tədbir AzTV, İTV, Space Televiziyaları vasitəsilə işıqlandırıldı.

Keçidlər