Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyaya sülh gərəkdir!

24 dekabr 2015 | 11:00

Yasamal rayonu Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin rəhbərliyi və Azərbaycan Dillər Universitetinin tələbələri ilə birgə hazırladıqları "Dünyaya sülh gərəkdir!" adlı möhtəşəm tədbir keçirildi. Tədbir 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2016-cı ilin gəlişi münasibətilə təşkil olunmuşdur.

Tədbirdə Fələstin Dövlətinin səfiri cənab Nasser Kareem, İordaniya Səfiriliyinin Konsulu cənab Saad Ghazal, Misir Mədəniyyət Mərkəzinin müdiri Doktor Ahmed Sami Elaydi, Sudan Səfirliyinin Konsulu cənab Abul Qasim, Sudan Səfirinin həyat yoldaşı Xanım Magda Mahdi, Sudan Səfirliyinin Musteshar Elçisinin həyat yoldaşı Xanım Qamer Luna Habbani, "Qızıl qələm" mükafatı laureatçısı,professor,şair Zahid Xəlil ,istedadlı şairimiz Tofiq Xəlil və məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Yaqut Sadıqova, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri, digər qonaqlar, valideynlər iştirak etdilər. Tədbirdə şagirdlər müxtəlif dillərdə qonaqları salamladıqdan sonra tələbələrin ifasında bədii kompozisiya nümayiş etdirildi.

Sonra bir çox dövlətlərdə yaşayan Azərbaycanlıların bayram təbrikləri slaydlarla nümayiş olundu.

Xarici qonaqlar istedadlı şagirdlərin rəngarəng çıxışlarından heyrətləndiklərini bildirdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər