Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı

24 dekabr 2015 | 11:00

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi oldu. Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Bina ilə tanışlıqdan sonra YAP-ın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

Açılış mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının Prezident İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. YAP Yasamal rayon təşkilatının daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb.

Tədbirdə məlumat verildi ki, binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı, gənclər, arxiv otaqları, texniki və digər otaqlar, böyük və kiçik konfrans zalları fəaliyyət göstərir. Otaqlar və zallar zəruri avadanlıqla təchiz olunub.

Açılış mərasimində Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə yanaşı Milli Məclisin sədr müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev,YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov,millət vəkilləri, nümayəndələr və digər qonaqlar iştirak etdilər.

Keçidlər