Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anım günü ilə bağlı fləşmob

11 dekabr 2015 | 11:00

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal rayonundakı parkda fləşmob təşkil olundu. Fləşmobda ümumilikdə 300-dən çox gənc iştirak etdi. Məqsəd Ümummilli Lider Heydər Əliyevin imzasını yanan şamlarla yerə həkk etmək idi.

Gənclər uzunluğu 12 metr olan imzanın ətrafına qızılgüllər düzərək şamları yandırdılar. Vurğulandı ki, bu addım da ölkəmizin Odlar Diyarı olmasını simvolizə etmək xarakterini daşıyır. Azərbaycanın inkişafının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin imzası daim şəfəq saçacaq. Gənclər qeyd etdilər ki, nə qədər dahi şəxsiyyətin duası bizim başımızın üstündədir, bu imza yaşayacaq. Biz onun miras qoyduğu imzanı öz sadiqliyimizlə daim qoruyacağıq.

Keçidlər