Şriftin ölçüsü :

Saytın rəngi :

XALQIN PARLAQ GÜNƏŞİ adlı tədbir

10 dekabr 2015 | 11:00

Yasamal rayonu 158 saylı tam orta məktəbin akt zalında Azər¬baycanın memarı və qu¬rucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın parlaq günəşi” adlı tədbir keçirildi. Məktəbin şagirdlərinin və incəsənət ustalarının təşkil etdiyi bu tədbiri izlədikcə adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilən, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olan Heydər Əliyevin hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxdığının bir daha şahidi olduq.

Heydər Əliyevin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Mehriban Ələkbərova tədbiri giriş sözü ilə açıq elan etdi, Ulu Öndərin həyat və əmək fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Əliyeva, Bakı şəhər Təhsil İdarəsinin baş məsləhətçisi Firudin Abbasov, Heydər Əliyevin mətbuat katibi Aqşin Babayev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sonsuz sevgidən,həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ümummilli Liderdən söz açdılar, onunla bağlı təəssüratlarını bölüşdülər.

Daha sonra şagirlərin ifasında “Xalqın parlaq günəşi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Respublikanın Əməkdar artistləri bədii qiraətçilər Ağalar Bayramov, Azad Şükürov, müğənnilər İlqar Muradov, Teyyub Aslanov, Zakir Əliyev çıxış etdilər.

Keçidlər