Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş bir sıra tədbirlər

10 dekabr 2015 | 11:00

Yasamal rayon ictimaiyyətinin, Qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və 20 yanvar hadisələri iştirakçıları, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi verilmişdir.

Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev bildirdi ki, milyonlarla insanın qəlbində özünə abidə ucaltmış Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir.Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla,rəğbətlə xatırlanır.Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan üçün hər şeydən əziz onun xalqı, Vətəni, torpağı ol- muşdur. Bu gün Ulu Öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla reallaşdırılır.Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib.

Tədbirdəki çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, onun zəngin fəaliyyətindən bəhs edilərək, böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyduğu bildirilmişdir.

Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etdilər.

Keçidlər