Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiyamız uşaqların gözü ilə

01 dekabr 2015 | 11:00

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə” Konstitusiyamız uşaqların gözü ilə” mövzusunda uşaqlar arasında rəsm və inşa müsabiqəsi keçirib. 1200-dən çox uşağın iştirak etdiyi müsabiqəyə 70-ə yaxın iş təqdim olunub.

1 dekabr 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində dövlət nümayəndələri, ekspertlər, məktəb direktorları və valideynlər iştirak etdilər. Rəsm müsabiqəsində Yasamal rayonunda yerləşən 13 saylı tam orta məktəbin və Avropa liseyinin şagirdləri 1-ci yerə layiq görüldülər. 167 saylı tam orta məktəbin 4c sinfi isə müsabiqədə fəal iştiraka görə diplomla təltif edildi. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi-nin sədri Nazir Quliyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məslə-hətçi-psixoloqu Emin Babayev qaliblərə diplomlar və hədiyyələr təqdim etdilər.

Qalibin məktəbini təmsil etdiyi məktəbdə “Konstitusiya guşəsi” yaradılacaq. Müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və inşa yazıları güşədə yerləşdiriləcək.

Qeyd edək ki,uşaqlar arasında keçirilən bu müsabiqənin məqsədi Konstitusi-yada olan yeni maddələrlə uşaqları tanış etmək, onların hüquq və azadlıqlarına dair maarifləndirmə işləri aparmaqdır.

Keçidlər