Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində monitorinq keçirildi

16 oktyabr 2015 | 10:00

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan Valideyn - Müəllim Assosiasiyası” İctimai Birliyinin “Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq və ictimai maarifləndirmə görüşləri 16 oktyabrda Yasamal rayonunun 21 saylı tam orta məktəbində keçirilmişdir. Layihənin məqsədi uşaq və gənclərin evdə, məktəbdə və cəmiyyətdə rifahının yaxşılaşdırılması üçün müəllim və valideynləri ümumi məqsədlər ətrafında birləşdirməkdir.

21 saylı tam orta məktəbdə keçirilən görüşdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri, layihənin eksperti və İB-nin sədr müavini, Bakı şəhər Təhsil İdarəsinin Yasamal rayonu üzrə ümumtəhsil məktəblərinin kuratoru, fəal valideynlər, müəllimlər, şagirdlər, məktəbin rəhbərliyi iştirak ediblər.

Çıxış edənlər valideyn-müəllim-şagird əməkdaşlığı , məktəb-ailə münasibətləri mövzuları üzrə ictimai maarifləndirmə görüşlərinin təşkili, mövcud durum və təhsilin keyfiyyətinə dəstək imkanlarının dəyərləndirməsi fikir və təkliflərini irəli sürdülər.

Maarifləndirmə görüşündə valideynlərin vəzifələri, qanunvericilikdəki məsuliyyəti, məktəblə qarşılıqlı münasibətləri, ailədə uşaqla davranışı və bir çox aktual məsələlər barədə məlumatlandırma və müzakirələr aparılmışdır.

Keçidlər