Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “ Müstəqillik günü” qeyd olundu

16 oktyabr 2015 | 10:00

Yasamal rayonu Mikayıl Müşfiq adına 18 saylı məktəbdə "BİZ MÜSTƏQİLLİYİ ƏBƏDİLƏŞDİRƏNLƏRİK" adlı konfrans keçirildi.

Konfransın məqsədi xalqımızın keşməkeşli mübarizələrlə dolu bir tarixinə bir daha nəzər salmaq, azadlıq, müstəqillik, istiqlaliyyət bayramını qeyd etmək idi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Azad Niyazov, Milli Azərbaycan Tarix muzeyinin elmi katibi tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, Prezident yanında "Bilik fondunun" monitorinq şöbəsinin müdiri Ceyhun Musaoğlu, Təhsil Problemləri İnstitutunun monitorinq və qiymətləndirmə şöbəsinin böyük elmi işçisi Sevil Bəhramova da iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Mikayıl Müşfiq adına 18 saylı məktəbin direktoru Rəna Süleymanova Müstəqilliyimizin böyük sınaqlardan və mübarizələrdən keçməsindən, bu gün əldə etdiyimiz bütöv bir millət olaraq dünya xalqları arasında öz yerimizi möhkəmləndirilməsini bir daha vurğuladı. Sonra çıxışçılar xalqımızın Müstəqillik uğrunda mübarizəsinə başçılıq edən Ulu Öndər Heydər Əliyevin yorulmaz səyləri və siyasətinin bu yolda əsaslı dönüş yaratdığından söhbət açdılar. Bildirdilər ki, məhz Ulu Öndərin ölkəmizdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırması, atəşkəsə nail olması müstəqillik üçün ilkin təminatlar yaratmışdır.

Konfransın proqramı şagirdlərin ifasında bədii kompozisiyalarla və video-çarxlarla davam etdi.

Keçidlər