Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisə seçkilərlə bağlı “Seçmək və seçilmək sənin konstitusiya ilə təsbit olunmuş hüququndur” mövzusunda tədbir keçirildi

14 oktyabr 2015 | 10:00

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının Tədbirlər Planının 6. 5. 7 yarımbəndinə müvafiq olaraq 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclər arasında maarifləndirmə işinin təşkili, habelə onların seçkilərdə fəal iştirakının təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin akt zalında «Sənin səsin – sənin gələcəyin» devizi altında «Seçmək və seçilmək sənin konstitusiya ilə təsbit olunmuş hüququndur» mövzusunda rayon toplantısı keçirilmişdir.

Tədbirdə ilk dəfə səs verəcək bir qrup rayon sakinləri olan gənclər, habelə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan ilk dəfə səs verəcək bir qrup gənc iştirak etmişdir. Bundan əlavə, toplantıya Yasamal rayonu ərazisində fəaliyyət göstərən Dairə Seçki Komissiyalarının sədrləri, ictimai təşkilatların, QHT-lərin nümayəndələri dəvət olunmuşlar.

Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov «Heydər Əliyev və Azərbaycan parlamentinin tarixi» mövzusunda çıxış etmiş, dövlətimizin parlament ənənələri barədə toplantı iştirakçılarına geniş məlumat vermişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov «Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakının yeri və rolu», Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin Beynəlxalq Ümumi Hüquq kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Əfsər Sadıqоv «İnsan və vətəndaşların seçki hüquqları», 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının sədri Qədir Kərimov «Seçki günü səsvermə proseduru və qaydaları» mövzularında çıxışlar etmişlər. Tədbir zamanı parlament seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev çıxış edərək gənc seçicilərə tövsiyyələr vermiş, ilk dəfə səsvermənin hər bir insanın həyatında tarixi bir məqam olduğunu qeyd etmiş, onları seçki günü aktiv olmağa səsləmişdir. İbrahim Mehdiyev çıxışında bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həmdə haqlı olaraq müasir Azərbaycan Parlamentinin banisidir. Sovet dövründə Azərbaycan Parlamentinin qəbul etdiyi qanunlar kommunist partiyasının ideoloji məqsədinə xidmət edirdi. Buna baxmayaraq Heydər Əliyev rəhbərlik etdiyi ilk dövrdə işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəldə bilmişdir. İbrahim Mehdiyev qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ali Sovetin sədri kimi parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsiplərinə ustünlük vermişdir. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışmağına baxmayaraq Ulu öndər bu qısa müddət ərzində parlamentin ruhunu kökündən dəyişmiş, Milli Məclisə siyasi mədəniyyət gətirmiş, eyni zamanda parlament üzvləri üçün əsl parlamentarizm məktəbi olmuşdur. İbrahim Mehdiyev çıxışında 01 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə rayonumuzdan 122000 nəfər seçicinin, onlardan 24702 nəfərinin gənc seçici olduğunu vurğuladı. İ. Mehdiyev çıxışında gənclər sırasında ilk dəfə səs verəcək gənclərin sayının 1349 nəfər olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. İbrahim Mehdiyev bir daha qeyd etdi ki, Yasamal rayon gəncləri daima öz siyasi aktivliyi ilə seçilmiş və respublika gənclərinin önündə gedən aparıcı qüvvəyə çevrilmişlər. Çıxışının sonunda İbrahim Mehdiyev 01 noyabr 2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə rayon gənclərinin öz sözlərini deyəcəklərinə və yüksək fəallıq nümayiş etdirəcəklərinə əmin olduğunu bildirmişdir.

Tədbirdə 01 noyabr 2015-ci il tarixdə 18 yaşı tamam olacaq və ilk dəfə olaraq səs vermə hüququ əldə edəcək Yasamal rayon sakini Cəfərova Aydan Azər qızı doğum günü münasibəti ilə təbrik edilmiş və ona xatirə hədiyyəsi təqdim edilmişdir.

Keçidlər