Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu 53 nömrəli məktəbin komandası ölkə birincisi oldu

06 iyul 2024 | 17:34

İyulun 6-da Qəbələdə FHN , ETN və GİN  tərəfindən təşkil olunan “Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyi yarışının təntənəli bağlanış mərasimi keçirilmişdir.

 Elm və Təhsil, Fövqəladə Hallar,Gənclər və İdman nazirliklərinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusiyadan olan komandalar da iştirak edib.

Mərasimdə Fövqəladə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev , Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva , Elm və Təhsil Nazirliyinin nümayəndələri və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerli Elm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.

Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak ediblər. 2024-cü il Ümumrespublika birinciliyinin final mərhələsində 18 rayon və Bakı şəhərin komandaları birincilik uğrunda mübarizə aparıblar.

 Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qazaxıstan komandası tutub.

Ümumrespublika birinciliyində isə 1 -ci yerə Bakı şəhəri, Yasamal rayonu 53 nömrəli tam orta məktəb , 2-ci yerə  2 nömrəli internat məktəbinin komandası, 3 - cü yerə  Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Komandanı Elm Və Təhsil naziri cənab Emin Əmrullayev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Gənclər və İdman naziri Fərid Qayıbov Fəxri fərman, sertifikatlar və qiymətli hədiyyələrlə təltif ediblər.

Keçidlər